Menu

QHT-lərə DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNƏ YENİ İCRAÇI DİREKTOR TƏYİN EDİLDİ - FOTO

23.11.2021, 15:32
QHT-lərə DÖVLƏT DƏSTƏYİ AGENTLİYİNƏ YENİ İCRAÇI DİREKTOR TƏYİN EDİLDİ - FOTO

23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

İclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 29 iyul 1988-ci ildə Bakı şəhərində anadan olmuş, 2010-cu ildə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsini, 2012-ci ildə Azərbaycan Dillər Universitetinin müvafiq ixtisas üzrə magistratura pilləsini, 2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib. 

2010-cu ildən başlayaraq Azərbaycan Dillər Universitetində prorektor köməkçisi, 2012-2013-cü illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi ofisində baş təlimatçı, 2013-2020-ci illərdə Binəqədi Rayon İcra Hakimiyyətində başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB-in İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.

2007-ci ildən başlayaraq müxtəlif qeyri-hökumət təşkilatlarının sosial, iqtisadi, təhsil sahələrində olan layihə və proqramlarının icrasına cəlb olunub.

Şərhlər

maral 2021-11-26 11:42:15

Bu Xaləddinin rüşvətxor kadrına nə qədər baxmaq ollar e? Yazıq agentliyin idarə heyətinə daxil olan say-seçmə ziyalı qht sədrləri . Bununla necə işləyəcəklər. Kim bunun namizədliyini verib?

xalq 2021-11-25 21:26:29

Görəsən bu qızı kim vəzifə zirvəsinə qaldırır? Yazılanlara görə bioqragiyasini da düz yazmayir. Necə idarə edəcək agentliyin idarə heyətində olan taninmış qjt sədrlətini? Bir sanballı qht sədri tapılmırdı icraçı ditektorluģa? Elə gərək YAP qızlarından ola?

binəqədili 2021-11-25 21:17:39

Ayyyy. Bu Aygünû nə qədər reklam etmək olar?! Bu ki heç qht sədri də olmayıb. Xaləddin Isgəndərovun himayəsində humanitar məqsədlər üçün dövlətin ayırdığı pulları "yeyib". Saģ olsun yeni başçı Elxan Allahverdiyev gələn kimi Aygünə yerini göstərdi. Onda da Xaləddini satmaģa hazır olduģunu bildirib. Bunlar beləcə vəzifə zirvəsinə ucalırlar.

QHT rəhbəri 2021-11-25 14:21:18

V't'ndaş cəmiyyəti ilə heç bi əlaqəsi olmayan, təsəvvürü belə olmayan bir adamı hansı əsaslara əsasən Agentliyə direktor qoyublar? .....Yazıq qht-lərə imkan vermirlər işləməyə. Belə də iş olar!!!

Tellu 2021-11-24 23:35:02

Həəə. Xatrladım. 14-15 iyul 2015-ci ildə Binəqədi RIH humanitar şöbesi qht lerden 500 nəfərin siyahisini almişdı Guya 500 nəfərə bayram payı vercəkdi. Ancaq bayram ərəfəsi telefonları açmadįlar. Siyahilər onlara pul silmēk üçün lazim imiş

Sima 2021-11-24 22:07:03

Bu qadın heç vaxt YAP mərkəzi aparatinda işləməyib. 2012-2013-cü illərdə YAP Binəqədi təşkilatında işleyib. Bakıda deyil Koqalımda anadan olub. Görəsən nəyə göre belə yalan məlunat verir

QHT 2021-11-24 21:27:07

Niyə belələrini Agentliyə gətirib vətəndaş cəmiyyətini mēhv edirsiniz? Təbibin ümumi şöbəsinin müdirinden Agentliyə rəhbər olar? Bunun qht tecrübəsi yoxdur

Nazim 2021-11-24 20:03:21

Heç tanımadım. Xaləddon Isgəndərova müavin keçəndən sonra Binəqədi YAP-ndakı qızlara qan uddurub. Vay qht qizlarının halına. Görəsən kim gətirib bunu?

vətəndaş cəmiyyəti 2021-11-24 17:43:54

Bu o Aygündür ki, Xaləddin İsgəndərovun hesabına ev-eşik, var dövlət yiyəsi olub. Lakin Xaləddini işdən çıxardandan sonra hər yerdə deyirdi ki, onun korrupsiya əməllərini bilirəm və ifşa etməyə, yəni onu satmağa hazıram. Bax, bu belə Aygündür!!!

Sadir 2021-11-24 15:39:05

Bu Aygün qht pullarını Binəqədi RİH-in humanitar məqsədlər üçün ayrılmış budcəsinin gününə qoyacaq. Bu sahədə çox bacarıqlı olduğu üçün onu gətiriblər. Ay, hay...

Sabah 2021-11-24 15:29:24

Aygünün bir Şəmsi adında qohumu da var. Hara gedir özü ilə aparırı. Sağ əlidir. Yəqin Agentliyə də dətirəcək. Onda bütün işlər tamam dəstgahg düzələcək!!!

Nərminə cavab 2021-11-24 15:20:01

Heç tərcümeyi-halını da düz yazdırmayıb ki. Binəqədi Rayon İcra Hakimiyyətində başçısının müavini işlədiyi vaxt icra hakimiyyətinin saytında Rusiyanın Koqalım şəhərində anaqdanh olduğunu yazdırmışdı. Burada isə guya Bakı şəhərində anadan olduğunu yazdırıb. xaləddin İsgəndərovla rayonu qara günə qoymuşdu. Humanitar yardımları mənimsəməkdə pərgardır. QHT sektorunda hüç bir təcrübəsi yoxdur. 2015-ci ildə Ramazan bayramənda qht-lərdən siyahi alıb. bir nəfərə də olsun yardım verməmişdi.Saytlarda bu barədə geniş yazılmışdı.

Nərmin 2021-11-23 23:30:08

Çox savadlı xanımdı . Uğurları bol olsun . Daha yüksək vəzifələrə layiqdir

QHTçi 2021-11-23 17:24:26

Çox maraqlıdır? Heç bir mühasibat-hesabat işində çalışmamış bir namizədi əski fond sədri seçməyib ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol