Menu

İKİ GENERALA YENİ ALİ RÜTBƏLƏR VERİLDİ - Prezident sərəncam imzalayıb

23.11.2021, 23:09
İKİ GENERALA YENİ ALİ RÜTBƏLƏR VERİLDİ -  Prezident sərəncam imzalayıb

General-leytenant Kərim Tofiq oğlu Vəliyevə “general-polkovnik” ali hərbi rütbəsi verilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, K.Vəliyev müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisidir.

Bundan əlavə general-mayor Ənvər Zəkəriyyə oğlu Əfəndiyevə “general-leytenant” ali hərbi rütbəsi verilib. Bu barədə Azərbaycan Prezidenti sərəncam imzalayıb. 

Qeyd edək ki, Ə.Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanıdır

Şərhlər

Rustəm 2021-11-23 16:42:23

Təbrik edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol