Menu

Konsulluqlarda panikaya səbəb olan tozun tərkibi məlum olub

28.10.2014, 18:47
Konsulluqlarda panikaya səbəb olan tozun tərkibi məlum olub

İstanbulda bəzi xarici konsulluqlara, o cümlədən Ankarada şəhər məhkəməsinə poçt vasitəsilə daxil olan zərflərdəki sarı toz təbaşir olub.

SalamNews-un RİA “Novosti”yə istinadla verdiyi xəbərə görə, bu barədə bu gün keçirilən mətbuat konfransı zamanı Türkiyə səhiyyə nazirinin müavini Eyyup Gümüş məlumat verib.

Bundan əvvəl Belçika, Macarıstan, Almaniya və Kanadanın İstanbuldakı konsulluqları içərisində sarı rəngli toz olan zərf aldıqdan sonra təxliyyə edilib. Məkanın dezinfeksiyası həyata keçirilib. Toz nümunələri laborator araşdırma üçün mütəxəssislər tərəfindən götürülüb. Kanada baş konsulu və şübhəli zərfləri bilavasitə açan və ya o zaman məkanda olan xarici diplomatik missiyanın daha 24 əməkdaşı karantinə alınıb.

“Aparılan analizlər nəticəsində belə nəticəyə gəlinib ki, toz təbaşir olub. Tozda hər hansı bioloji agent aşkarlamamışıq. Kimyəvi toksinlər də həmçinin aşkarlanmayıb”,- deyə xarici diplomatik missiyaların karantində olan əməkdaşlarından sonuncular bu gün xəstəxanadan evə buraxılacaqlarını əlavə edərək söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol