Lavrov-Mirzoyan danışığında nələr müzakirə olunub? - Rusiya və Ermənistan XİN-i fərqli məlumat yaydı

Noyabrın 24-də Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan arasında telefon danışığı olub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında informasiya dərc edilib.

Məlumatda deyilir ki, nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmalarını, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Azərbaycam Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 26-da keçiriləcək üçtərəfli görüşü kontekstində həyata keçirilməsi məsələsini müzakirə ediblər.

Qeyd edilir ki, nazirlərin söhbəti zamanı habelə beynəlxalq və regional gündəliyin bir sıra digər aktusl məsələlərinə toxunulub.

Lakin Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidməti bu danışıqlar barədə də daxili auditoriyaya hesablanmış fərqli məlumat yayıb.

Ermənistan XİN-in məlumatında iddia edilib ki, Lavrov və Mirzoyan Qarabağda Azərbaycanın zəfəri ilə bitmiş münaqişə ilə bağlı məsələləri müzakirə edib. Qeyd olunur ki, söhbət zamanı “münaqişəsinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə hərtərəfli və uzunmüddətli tənzimlənməsinin mühümlüyü vurğulanıb”.

O da qeyd olunur ki, söhbət zamanı Ararat Mirzoyan yenə Lavrova şikayətlənərək “Azərbaycan silahlı qüvvələrinin Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təcavüzü nəticəsində yaranmış vəziyyət” barədə məlumat verib.

Xatırladaq ki, Rusiya XİN-in rəsmi məlumatında söhbət zamanı Qarabağda Azərbaycanın zəfəri ilə bitmiş münaqişə ilə bağlı hansısa məsələnin müzakirə olunduğuna dair heç nə deyilmir.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar