Menu

“Ümidvarıq ki, Ağdamın yenidən qurulmasında İsrail şirkətləri də iştirak edəcək” - Səfir

25.11.2021, 17:52
“Ümidvarıq ki, Ağdamın yenidən qurulmasında İsrail şirkətləri də iştirak edəcək” - Səfir

“Bu gün mən İsrailin biznes nümayəndə heyəti ilə Ağdamda oldum”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün tviter hesabında yazıb.

“Biz dağılmış şəhər gördük. Lakin eyni zamanda gələcəyə dair ruhlandırıcı mənzərəni də gördük. Ümidvarıq, Ağdam yenidən çiçəklənəcək və İsrail şirkətləri də bu işdə tərəfdaş olacaq”, - o vurğulayıb.

Şərhlər

Şaiq 2021-11-25 19:03:04

Bizə verdiyiniz qardaş dəstəyinə görə təşəkkürümüzü bildiririk. Siz həmişə bizimlə birlikdə olmalısınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol