Menu

Mustafa Sarıgül haqqında ittiham aktı hazırlanıb

28.10.2014, 20:18
Mustafa Sarıgül haqqında ittiham aktı hazırlanıb

Türkiyənin İstanbul şəhərinin Şişli rayon bələdiyyəsinin sabiq sədri Mustafa Sarıgülün həbsi ilə bağlı ittihamnamə hazırlanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Mustafa Sarıgülün bu ilin martında keçirilən bələdiyyə seçkilər öncəsi qatıldığı toplantıda Mustafa Suver adlı vətəndaşa yumruq atması ilə bağlı prokuror tərəfindən hazırlanan ittiham aktında “yüngül xəsarət yetirmə” maddəsi ilə sabiq bələdiyyə sədrinə 4 aydan 1 ilə qədər, Mustafa Suverə isə “təhqir” maddəsi ilə 1 il 2 aydan 2 il 4 aya qədər həbs cəzası istənilib.

İttiham aktı Baş Prokurorluğa təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol