Fransalı jurnalistdən tərbiyyəsiz hərəkət

"Qalatasaray"ın Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda evdə "Marsel"lə keçirəcəyi matçdan əvvəl İstanbul təmsilçisinin azarkeşlərinin qəzəbinə səbəb olan səviyyəsiz hərəkətə yol verib.

Qol.az xəbər verir ki, fransalı jurnalist Romen Kanuti Türkiyə klubuna qarşı təhqiramiz hərəkət edib. O, görüşdən öncə "Qalatasaray"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və şəkil çəkdirib. Kanuti həmin fotonu öz sosial media hesablarında paylaşaraq yazıb: "Aslanı əhilləşdirdim".

Onun bu hərəkəti "Qalatasaray"lı azarkeşlərin qəzəbinə səbəb olub.

Qeyd edək ki, bu gün keçiriləcək "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

635x100

Şərhlər

Eli 2021-11-26 02:23:09

Axmağın cavabı susmaqdır.

Aslan 2021-11-25 22:51:38

Aslan Fransali jurnalisti indi 2:0 sille vuraraq terbiyelendirir ;)

Dəxi 2021-11-25 22:27:16

Azarlı azarkeşlərdən gözlənən hərəkətdir. Fransa Parlamanti və Prezidenti bir iki daşnağa xoş gəlmək üçün Azərbaycandan hər il bir-iki milyard artıq qazanc əldə etməsinə baxmayaraq belə dövləti hquqlarımızı minib sürməyə çalışmadımı?

Xeqani 2021-11-25 20:24:38

ay fransız (erməni toxumu) sənin özūnu əhliləşdirmək lazımdır

Son yazılar