Prezidentlərin zarafatı Cahangir Əsgərovu dəyişdirdi - Artıq bığ saxlayır + FOTO

Yəqin ki, bir müddət əvvəl Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Hava Yolları QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla zarafatyana dialoqu hər kəsin xatirindədir. 

Söhbət zamanı Ərdoğan C.Əsgərovu göstərərək "Bunun bığı vardı, indi yoxdur", -deyir. İlham Əliyev isə cavabında "tökülüb", -deyə bildirir. C.Əsgərov "yaşlandıq, töküldü... Zəngilanda olacaq", -deyib zarafatyana dialoqa əlavə edir. 

Artıq AZAL rəhbərinin verdiyi sözə əməl edərək bığ saxladığı məlum olub. Bakupost.az -ın məlumatına görə, bununla bağlı görüntülər qurumun bu gün keçirilən iclasında çəkilmiş fotolarda əks olunub. 

Belə ki, fotoda C.Əsgərovun simasında dəyişiklik olduğu və bığ saxladığı görünür.

635x100

Şərhlər

Eli 2021-11-25 20:54:14

Bu adam bığa hörmet etmir,axı öten müddet erzinde bunun gerek bığları Koroğlunun bığlarına yacın bir seviyyede olmalı idi.Nese anlaşılmazlıq var.

Son yazılar