Menu

İranda ötən sutka ərzində 87 nəfər koronavirusdan ölüb

27.11.2021, 14:52
İranda ötən sutka ərzində 87 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 87 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 129 549 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 3045 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 6 105 101 nəfərə çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol