Noyabrın 26-da Azərbaycan-Fransız Universitetinin akt zalında (UFAZ) Təhsil Nazirliyi yanında İctimai Şuranın boş qalan yerlərinə təkrar seçkilər keçirilib.
Təhsil Nazirliyi yanında İctimai şuranın keçmiş sədri Şahlar Əsgərov Modern.az-a danışarkən yeni şuraya seçkiləri dəyərləndirib: "İlk növbədə seçilənləri təbrik edirəm. İctimai şuarada seçilənləri çoxunu tanımıram, ancaq gözləntlilərimin doğruldulmasını istəyirəm. Tək gözləntim isə təhsilin inkişaf etdirilməsidir, gənclərin buna ehtiyacı var. Təhsil mürəkkəb sahələrdən biridir. Bu sahədə tək bir hərəkət var, o da fırlanma hərəkətidir. Keçən il olan proses bu il də var, nəsə əlavə olunmur və ya çıxarılmır. Təhsil fırlanma hərəkətində olduğu üçün təhsili bilən, əsrin fəlsəfəsindən başı çıxan adam rəhbər seçilməlidir".



Şərhlər