Menu

Pauerlifterimiz dünya çempionatının qızıl medalını qazanıb

27.11.2021, 19:14
Pauerlifterimiz dünya çempionatının qızıl medalını qazanıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova (+86 kq) Gürcüstanın Tbilisi şəhərində keçirilən pauerliftinq idman növü üzrə Dünya çempionatında 1-ci yeri tutub.

"Report" Komitəyə istinadən xəbər verir ki, L.Kərimova gənclər arasında keçirilmiş yarışda 62 kq ağırlıq qaldıraraq qızıl medal qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol