Tehran Şəhər Şurası zəruri mərhələləri keçdikdən sonra İran paytaxtında bəzi küçə və dalanların adlarının dəyişdirilməsi barədə daha öncə qəbul etdiyi qərarın icrasına başlayıb. Qərar barədə məlumat Şuranın rəsmi saytında yerləşdirilib.
2710-127 saylı həmin qərara əsasən, adları dəyişdirilən bir park və 38 yol üçün seçilmiş yeni adlar içərisində Azərbaycan Respublikasına məxsus yaşayış məntəqələrinin adları da vardır.
Özü də bu adlar məqsədli şəkildə Azərbaycandakı rəsmi variantdan fərqli bir şəkildə verilib.
Belə ki, küçələrdən biri Bakı deyil arxaik və qədim fars dilində - “Badi Kübə” adlandırlıb.
Daha ətraflı “Azad İran” “YouTube” kanalının hazırladığı süjetdə:


Şərhlər
Bəzilərinin lazımi dərs və yaxud tərs şillə alması üçün təklif edirəm ki, Bakıdakı Axundov bağının (İçəri şəhər m/s-nın yanı) önündən keçən inqilabçı Bünyad Sərdarov küçəsinin (bilənlər bilir nə səbəbə məhz bu küçə) adı dəyişdirilsin; Tel-Əviv və ya Albert Aqarunov küçəsi adlandırılsın.
Vallah Iranin ne demek istediyini bilmirem. Amma bildiyim bir sey vardir ki, bu Iran Susaya gele bilmirse, evveli-axiri Susa irana gedecek. Onda vay iranin halina
Türkə-Azəriyə, Farsdan dost yox ancaq düşmən olar, bu onların istənilən hərəkətlərində görünür. Ancaq onu da qeyd eləmək lazımdır ki, bəs qədər Azəri-Türk kökənli, ölkənin 1-ci şəxsinə qədər Azərilər var və onların hərəkətsizliyi və ya farsa qoşulmalarını anlamıram. Mirzə ələkbər Sabir demişkən, "Millət necə tarac olur olsun nəişim var"...
Əgər İran belə ermənilik sərgiləyirsə,deməli, bizdən qorxur.Düşmənçiliyini də belə edir.Zaman gələr,İnşallah,Tehran da bizim olar,oradakı küçələrə verilən adlar da.
İt hürər karvan keçər. Sən yoluna davam et Türk oğlu, onlar da hürmələrinə! Cənubi Azərbaycan bizim ərazilərdir və bir gün o ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq.