Menu

İctimai yerlərdə aşkar edilən 6 aktiv koronavirus xəstəsi saxlanılıb

29.11.2021, 10:12
İctimai yerlərdə aşkar edilən 6 aktiv koronavirus xəstəsi saxlanılıb

27-28 noyabr tarixlərində polis əməkdaşları tərəfindən respublika ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları “COVID-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol