“Qadınlara qarşı zorakılıq hər zaman cəmiyyət tərəfindən mənfi qarşılanıb”.
APA-nın məlumatına görə,bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.
O bildirib ki, son illərdə həyata keçirilən mühüm tədbirlərə baxmayaraq, ölkədə qadınlara qarşı zorakılıq halları davam edir: “Bununla bağlı bir sıra normativ hüquqi sənədlər qəbul olunub və mühüm irəliləyişlər əldə edilib. Ən vacib məsələlərdən biri qadınların iqtisadi inkişafına təkan vermək, əmək bazarında kişilərlə bərabər iştirakı ilə nəticələnir”.


Şərhlər
Problemi elan elədi və bununla işini bitirdi. Çünki problemi Fatmanisə xala həll edəcək.AQU problemləri ilə məşgul olan Dövlət komitəsi başda B. Muradova olmaqla ancaq hamının bildiyi problemləri aşkar edib təzə bir qonşubagrı çatlardan paltar geyinib göstərərək aləmə elan eləməkdən ibarətdir. Vəssalam. Qalanı cəhənnəmə ki...
Mənim bir pişiyin var. O da bilir ki, qadınlara qarşı zorakılıq var. Bahar isə bunu indi ayılıb görüb. Hə indi noolsun? Pişik də Bahar da eyni şeyi deyir. Problemi pişik mi həll eləməlidir ya Baharmı?
Sənin kimi komitə sədri olan ölkənın qadınları bu günə düşər. ay "xanım".