Menu

Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanmayıb

29.11.2021, 10:37
Azərbaycanda koronavirusun "Omikron" ştamı aşkarlanmayıb

"Azərbaycanda bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalara başlanılıb".

Bunu "Report"a açıqlamasında Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağarza Ağayev deyib.

Onun sözlərinə görə, ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir.

Genetika mütəxəssisi əlavə edib ki, müvafiq yoxlamalarda hələ koronavirusun "Omikron" ştamı aşkarlanmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol