Menu

Gürcüstanda koronavirusa yoluxanların sayı 840 mini keçib

29.11.2021, 10:53
Gürcüstanda koronavirusa yoluxanların sayı 840 mini keçib

Gürcüstanda son sutka ərzində koronavirusa 1 954 yeni yoluxma faktı qeydə alınıb, 4 477 nəfər müalicə olunaraq sağalıb, 47 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrə qədər Gürcüstanda COVID-19 infeksiyası 840 593 nəfərdə aşkarlanıb. Onların 783 987-si sağalıb, 11 974-ü isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol