Menu

ABŞ-ın daşıyıcı raketi start zamanı partladı

29.10.2014, 09:07
ABŞ-ın daşıyıcı raketi start zamanı partladı

ABŞ-ın “Cygnus” kosmik gəmisini orbitə çıxaracaq “NASA”-nın “Antares” daşıyıcı raketi Uollops adasındakı kosmodromda start zamanı partlayıb.

Partlayış startdan dərhal sonra, yerli vaxtla saat 18.23-də (Bakı vaxtı ilə 02.23-də) baş verib. Partlayışın səbəbləri açıqlanmır.

İnsident nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, “Cygnus” yük gəmisi kosmik stansiyanın ekipajı üçün avadanlıq aparacaqmış. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol