Menu

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

29.11.2021, 14:46
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsi birləşdirilib.

“Report” xəbər verir ki, həmin şöbələrin bazasında Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsi yaradılıb.

Yeni şöbəyə rəhbərlik Anar Qasımova həvalə edilib. O, indiyə qədər Strateji planlaşdırma və iqtisadi təhlil şöbəsinin müdiri olub. İqtisadi təhlil şöbəsi ilə İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinə rəhbərlik etmiş Rəşad Əzizov isə fəaliyyətini bundan sonra Heydər Əliyev Fondunda davam etdirəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol