Menu

Diplomatlarımızın ABŞ-dan çıxarılmasına mütləq cavab verəcəyik - Rusiya XİN

29.11.2021, 17:51
Diplomatlarımızın ABŞ-dan çıxarılmasına mütləq cavab verəcəyik - Rusiya XİN

Moskva Rusiya diplomatlarının ABŞ-dan çıxarılmasına mütləq cavab verəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mütləq cavab verəcəyik. Biz amerikalıları xəbərdar etmişik ki, burada personalın bundan sonra ixtisar olunmasına cavabdeh deyilik”, - rusiyalı diplomat vurğulayıb.

Rusiya XİN başçısının müavini qeyd edib ki, ABŞ tərəfi bu cür praktikadan imtina etməlidir.

Şərhlər

t.ədalət 2021-11-30 02:02:30

ABŞ rus casuslarını ölkəsindən qovanda hər şeyi nəzərə alıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol