Menu

"Prezidentimizin quluyam, onun yolunda hər şeyə hazıram" - İşdən çıxarılan nazir müavini

29.11.2021, 23:22
"Prezidentimizin quluyam, onun yolunda hər şeyə hazıram" - İşdən çıxarılan nazir müavini

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2021-ci il tarixli Sərəncamları ilə İntiqam Vaqif oğlu Babayev və İsmayıl Sultan oğlu İsmayılov Gənclər və İdman nazirinin müavini vəzifəsindən azad ediliblər.

İsmayıl İsmayılov "Qaynarinfo"ya açıqlamasında bildirib ki, bugünkü sərəncam onun üçün gözlənilməz olub:

"Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.

Bundan böyük nə ola bilər? Əbədi heç nə yoxdur. Bu gün mən deyərdim ki, ölkədə bütün inkişaf onun sayəsində gedir. Son 300 ildə bizim torpaqlarımız alına-alına gedirdisə, bu gün onun sayəsində işğal olunan ərazilərimiz düşmən tapdağından azad olunub. Allah prezidentimizi qorusun”.

İsmayıl İsmayılov bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb:

Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elimi işlərlə məşğul olacağam”.

Şərhlər

Veteran 2021-12-06 11:44:40

Bu nə danışdığının fərini bilirmi ?

t.ədalət 2021-11-30 11:48:02

Belə çıxışlar insanı gözdən salır.

Anonim 2021-11-30 11:45:25

Adam yasina da hormet elemir.hec olmasa denen prezidentime sadiqem

Bashirov Qarib 2021-11-30 10:30:26

Orta əsr təfəkkurundədir, elə bil.İnsan necə dilinə gətirər ki, mən kiminsə quluyam.Bu cur danışa-danışa yuksək karyeralara çatırlar, sonra da çapıb talayırlar.

Fəxrəddin Şirəliyev 2021-11-30 08:59:39

İnsanda mənəviyyat olmasa o ,qul da olar mütrüf də .

Aaas 2021-11-30 08:39:15

Prezidentə qul və sənin kimi qul düşüncəli insanlar lazım deyil

Arif. 2021-11-30 08:12:28

Biri deyir baş tacım biri deyir quluyam,belə olmaz,bu ifadələrlə prezidentin özünü hörmətdən salırlar,prezidentin qohumu,dostu,etibarlı adamı ola bilərsən amma nökəri yox,Allah insanı yer üzünün əşrəfi edib və həmin insanlarda yalnız Allahın nökəri ola bilər.

Eko 2021-11-30 07:52:13

Adam 15 il talayibeeee neyi var ,,,,

Xeqani 2021-11-30 07:36:13

quldan bir ağıllı hərəkət,yaxşı şey gözləmək mūmkūn deyil

RR 2021-11-30 03:13:46

15 il nazir muavini ? maraqlidi nece milyon yiqib ?

Səyyad 2021-11-30 02:34:46

İlahi bunlar ..... Bu ogurladıqıarını əlində saxlaya bilmək üçün belə edir. ....

Eli 2021-11-29 23:51:07

İsmayıl müellim semimi insandır saxta adam deyil.

Eli 2021-11-29 23:37:19

İsmayıl müellim yaxşı oğlandır,yaxşı da ştanq qaldırırdı,ancaq nedense idman sahesinde heç bir mükafatı yoxdur nedense.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol