“Görülən tədbirlərə baxmayaraq, narkotik istifadəçilərinin sayı ilbəil artır” - Parlamentin komitə sədri

“Narkotiklə mübarizə çərçivəsində görülən işlərə baxmayaraq, statistika göstərir ki, belə insanların sayı artır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri və Səhiyyə komitələrində bu gün keçirilən “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda dinləmədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, bu bizim ölkəmizdə də, dünyada da belədir: “Narkotik istifadəçilərinin sayı ilbəil artır. Bunun bir çox səbəbi var. Əsas səbəblərdən biri də yeni çeşidli narkotiklərin dövriyyəyə buraxılmasıdır. Bu sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır. Təkcə ABŞ-da narkotikin yüksək dozasından hər il 47-48 min insan dünyasını dəyişir. İkinci tərəfdən biz bilirik ki, statistika bütün bu insanları əhatə etmir. Böyük qrup insanlar bu statistikadan kənarda qalır. Bunun həllinə kompleks məsələ kimi baxmalıyıq”.

Komitə sədri qeyd edib ki, gələcəkdə bu sahədə uğur qazanmaq istəyiriksə, bu işlə mübarizə aparan qurumlar bir-biri ilə əlaqəli çalışmalıdır: “Dünyada bu sahədə fəaliyyət göstərən bir çox qurum var. Biz o qurumlarla da işləməli, onların təcrübəsindən yararlanmalıyıq”.

635x100

Şərhlər

Hərbi pensiyaçı 2021-11-30 12:56:03

Əhliman müəllim. Siz nəticə ilə mübarizə aparırsınız səbəb ilə yox. Aydındır ki, bunun nəticəsi olmayacaq. Gənclərin iqtisadi hüquqlarını təmin edin , onları işlə təmin edin, mənzil verin ailə qursunlar. Bu tədbirlər yerinə yetirilsə narkpmanlığa meyl azalacaq, iş yeri, ailə qayğıları və s. isə onunla məşğul olmağa vaxt qoymayacaq.

Veten dashi 2021-11-30 11:46:32

.Ötən illər ərzində narkotiklərə qarşı belə bir fəal mubarizə yox idi .İndi nə oldu birdən -birə.Xalqa hər şey bəyandır.

Son yazılar