Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.
Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.
Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.
Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Şərhlər
Bəli,Azərbaycanda Puşkinin heykəli yox,Aşıq Ələsgərin abidəsi qoyulmalıdır..
COX GÖZƏL SƏRƏNCAMDIR.ŞƏHİDLƏRİMİZ,MOLLA CUMA,MƏMMƏD ARAZ,BƏXTİYAR VAHABZADƏ,SALAM QƏDİRZADƏ,LÜTFİZADƏ VƏ DİGƏR GÖRKƏMLİ İNSANLARIMIZ ÜCÜN OLSUN.
COX GÖZƏL SƏRƏNCAMDIR.ŞƏHİDLƏRİMİZ,MOLLA CUMA,MƏMMƏD ARAZ,BƏXTİYAR VAHABZADƏ,SALAM QƏDİRZADƏ,LÜTFİZADƏ VƏ DİGƏR GÖRKƏMLİ İNSANLARIMIZ ÜCÜN OLSUN.
Çox əla! Təbii ki, bu abidə AXC üçün daha münasib Azadlıq meydanında qurulmayacaq? Aşıq Ələsgərlə yanaşı yeni Ədəbi Parkda Süleyman Stalskinin, Musa Cəlilin də abidələrinin ucaldılması möhtəşəm olardı?