Menu

ABŞ və Türkiyə “F-35”-lərlə bağlı danışıqları gələn il də davam etdirəcək

30.11.2021, 14:28
ABŞ və Türkiyə “F-35”-lərlə bağlı danışıqları gələn il də davam etdirəcək

ABŞ və Türkiyə arasında “F-35” qırıcıları ilə bağlı məsləhətləşmələr gələn il də davam etdiriləcək.

APA-nın Ankara müxbirinin xəbərinə görə, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr “F-35”-lə bağlı növbəti məsləhətləşmələrin 2022-ci ilin əvvəlində ABŞ-da keçiriləcəyini bildirib.

Qeyd edək ki, ABŞ və Türkiyə nümayəndələri Türkiyənin “F-35 proqramı”ndan çıxarılması ilə bağlı yaranan fikir ayrılıqlarını müzakirə etmək üçün ilk iclası bu il oktyabrın 27-də Ankarada keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol