“Azərpoçt” MMC-nin 3 saylı Poçt Filialının Müştəri xidmətləri şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, şöbə rəisi Əhmədov Eldar Camal oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.
Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci ( mıənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
E. Əhmədov barəsində aparılan ibtidai istintaq başa çatıdılıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.


Şərhlər
Bu məsələ Emin Əfəndiyevin dövründə baş verib,deyilənə görə Edarda pulu alaraq ona yüksək vəzifə verməli idilər,laji nazir R Quluza işdən çıxdığına görə Emin Əfəndiyevidə işdən çıxartdılar,bununlada Eldarın pulunu qaytarmadılar nəticədə bədbəxtin oğlu yaşın bu vaxtında turmaya düşdü.Bütün rabitəçilər deyirlər pul Emin Əfəndiyevlə nazirligin arasında qalıb.
Küllü miqdarda yeyinti eləyən Eldar Əhmədov adlı şəxs 45 il rabitə sahəsində yüksək vəzifələrdə çalışıb.Fəxri ada layiq görülüb.Necə olurki bu insan illər boyu belə iş tutmuyub ama mənimsəmə edib?Rabitə dünyasından araşdırın görün bu insan necə insandı.Allah hər şeyi görür.
Poçtun limiti 1000(min)manatdan artıq deyil,görəsən külliü miqdarda deyəndə yəqin limitdən artıq olub,belə olanda nə əcəb limitə cavabdeh olanlar kənarda qalıblar,yəqin turbada pişik var məsələsidir.
6 saylı yox 3 saylı filalın 2saylı mərkəzi poçtu,