Menu

Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub

01.12.2021, 12:15
Gənclər və İdman Nazirliyində üç yeni təyinat olub

Gənclər və İdman Nazirliyində yeni təyinatlar olub.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı nazir Fərid Qayıbov əmr imzalayıb.

Gənclərlə iş şöbəsinin müdiri vəzifəsinin icrası Fuad Babayevə həvalə edilib.

Elmir Mehdiyev Əsaslı tikinti və nəqliyyat sektorunun müdiri, Qabil Mehdiyev isə Mətbuat Xidmətinin rəhbəri vəzifələrinə təyin ediliblər.

Şərhlər

Səyyad 2021-12-01 18:23:27

Bu yeni təyin olunanlar də yəqin ki, yaxşı RƏQS bilənlərdəndir. Yoxsa təzə nazirin kadr kriteriyalarına əsla uyğun gəlməzdi. Xülasə İdman və gənclər nazirliyi can verirdi. Təzə nazir qaça- qaça gəlib tələsik Fatihəsini ürəkdən oxudu. Təklif edirəm bu nazirlik GREB ( gözəl rəqs edə bilənlər) nazirliyi adlansın . Gənclərimiz işsizlikdən, evsizlikdən, acından keyfi istəyənə, nəfəsi kəsilən qədər rəqs etsinlər.

t.ədalət 2021-12-01 14:30:42

Bu nazirlikdə danışıq rus dilində aparılır.Azərbaycan dilinə heç bir rəğbət yoxdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol