Menu

"Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər" - DSX rəisinin müavini

01.12.2021, 13:25
"Bu şəhidlər Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər" - DSX rəisinin müavini

“Şəhidlərimizin əziz xatirəsi onları tanıyanların qəlbindən silinməyəcək”.

“Report”un xəbərinə görə, bunu DSX rəisinin müavini, general-leytenat İlham Mehdiyev Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olan hərbçilərlə vida mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün vida mərasimi keçirilən şəhidlərimiz Vətən müharibəsində də qəhrəmanlıq göstəriblər: “Onlar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəliblər”.

Şərhlər

Cammat 2021-12-01 15:12:54

Rəis müavini deyilən nakəs sənin PAFOSLU,standart sözlərinə onların ailələrinin ehtiyacı yoxdur.Heyif onlara. ALLAH RƏHMƏT ELƏSİN ! Allah

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol