Qəza yerindən 16 işçimiz öz səyi ilə xilas olub, mədəndə qalan 18 işçinin taleyi isə məlum deyil.
SalamNews-un “Radikal”a istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib: “Hazırda mədəndə 11 min ton su var. Su getdikcə çoxalır. İlkin məqsədimiz qurulan nasoslarla suyun oradan axıdılmasını təmin etməkdir. Zaman əleyhimizə işləyir.”
Bildirək ki, ötən gün Türkiyənin cənubunda yerləşən Karaman vilayətindəki kömür mədənlərindən birində baş verən qəza nəticəsində ən azı 18 işçi içəridə qalıb.


Şərhlər