Menu

BMT binasının yaxınlığında erməni abidəsi tikilir

29.10.2014, 10:18
BMT binasının yaxınlığında erməni abidəsi tikilir

Cenevrə hökuməti “mütləq beynəlxalq bitərəfliyin” tərəfdarıdır”, şəhər hakimiyyəti Ariana parkında erməni abidəsinin tikintisinə mənfi münasibətini məhz belə əsaslandırır.

“Cenevrə hökuməti Millətlər Sarayının bir neçə addımlığında, Ariana parkında erməni soyqırımı abidəsini görmək istəmir”, deyə Le Temps qəzeti yazır.

“Beləliklə, İsveçrənin erməni icmasını bu cümə axşamı Fransua Lonşamın rəhbərliyi ilə Dövlət Şurasında keçiriləcək görüşdə “soyuq duş” gözləyir”.

“Prinsipcə, İsveçrə və Cenevrə parlamentarilərinin erməni soyqırımını tanıdığını nəzərə alaraq, biz belə bir abidə yaradılmasına qarşı deyilik. Biz seçilmiş yerin bitərəfliyə riayət olunmasını təmin etməməsindən narahatıq, belə ki, bu yer Millətlər Sarayının bilavasitə yaxınlığındadır”, deyə Loşman qəzetə bildirib. /contact.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol