Menu

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 2-də görüşməyi planlaşdırır" - KİV

01.12.2021, 19:45
"Azərbaycan və Ermənistan xarici işlər nazirləri dekabrın 2-də görüşməyi planlaşdırır" - KİV

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 2-də Stokholmda görüşməyi planlaşdırırlar.

“Report” Aysor.am-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Luk Devin deyib.

Xatırladaq ki, dekabrın 2-3-də Stokholmda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının illik iclası keçiriləcək.

İclasda iştirak etmək üçün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçə işgüzar səfərə gedib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol