Menu

Zambiya prezidenti dünyasını dəyişib

29.10.2014, 10:25
Zambiya prezidenti dünyasını dəyişib

 

Zambiya prezidenti Maykl Sata Londonda vəfat edib.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, M. Satanın hansı xəstəlikdən öldüyü açıqlanmayıb.

Sentyabrın sonlarında Zambiya prezidenti Nyu-York klinikalarından birinə aparılıb. Daha əvvəl – iyun ayında isə o, İsraildə 1 aya yaxın müalicə olunub.

M. Sata 2011-ci ilin sentyabrında Zambiya prezidenti seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol