Nazir Azərbaycanın UNESCO İcraiyyə Şurasına üzv olmasının məqsədini açıqlayıb

“Azərbaycan üçün UNESCO İcraiyyə Şurasına üzv olmaq, xüsusilə indiki dönəmdə üzv olmaq olduqca önəmli idi”.

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.

"Şuraya seçkilər çox rəqabətli şəraitdə keçirildi. Ermənistan əvvəldən də həmin İcraiyyə Şurasının üzv idi. Azərbaycan isə 143 səs toplayaraq bu şuraya üzv seçildi. Bu, bir daha da onu göstərdi ki, beynəlxalq aləmdə Azərbaycanın siyasətinə, mədəni diplomatiyasına, sülhsevər fəaliyyətlərinə böyük rəğbət var. Şurada olmağımız bizə imkan verəcək ki, təşkilatda olan siyasiləşmə cəhdlərinin, qeyri-sağlam abu-havanın, ikili standartların qarşını ala bilək. Komitəyə üzvlüyümüz bu məsələlərdə bizə daha çox əlverişli imkanlar və fürsətlər yaradacaq", - nazir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar