Menu

Biznes imkanı: Azərbaycan beynəlxalq reytinqdə 10 pillə geriləyib

29.10.2014, 10:44
Biznes imkanı: Azərbaycan beynəlxalq reytinqdə 10 pillə geriləyib

Biznes qurmaq imkanlarını araşdıran Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yeni hesabat açıqlayıb.

Doing Business-2015 reytinq cədvəlində Azərbaycan iqtisadiyyatı 189 iqtisadiyyat arasında 80-ci pilləni tutur.

“Media forum” saytı xəbər verir ki, Azərbaycan ötən illə müqayisədə 10 pillə geriləyib. Doing Business-2014 hesabatında ölkə 70-ci yerdə dayanırdı.

Keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 15-ci, Estoniya 17-ci, Latviya 23-cü, Litva 24cü pilləni tutur.

Ermənistan 45-ci, Belarus 57-ci, Moldova 63-cü, Qazaxıstan 77-ci, Ukrayna 96-cı, Özbəkistan 141-ci, Tacikistan 166-cı yerdə qərarlaşıb.

Reytinq cədvəlinə Sinqapur, Yeni Zelandiya, Honkonq öncüllük edir.

Son sıralarda Mərkəzi Afrika Respublikası, Liviya, Eritreya gəlir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol