Menu

Tofiq Yaqublu prokurorluğa çağırıldı

02.12.2021, 23:01
Tofiq Yaqublu prokurorluğa çağırıldı

Tofiq Yaqublu Səbail Rayon Prokurorluğuna çağırılıb.

Bu barədə onun qızı Nigar Həzi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, atası sabah saat 11-də Səbail Rayon Prokurorluğuna vəkil Nemət Kərimlinin şikayəti əsasında ifadə verməyə çağırılıb.

“İfadə verdikdən sonra gözünü müayinə etdirmək üçün xəstəxanaya gedəcəyik”, - N.Həzi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol