Menu

DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib - FOTO

03.12.2021, 11:24
DSX rəisi helikopter qəzasında yaralanan sərhədçilərə baş çəkib - FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hərbi helikopterin qəzaya uğraması nəti­cəsində yaralanmış və hazırda DSX-nin Hərbi Hospitalında müalicə alan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilova baş çəkib.

Bu barədə DSX-dən məlumat verilib.

E.Quliyev hərbi qulluqçularla söhbət edib, səh­hətlərinin vəziyyətilə maraqlanıb, tezliklə sağalmalarını arzulayıb.

Hərbi qulluqçuların sağlamlıq durumu və müalicələrinin gedişatı Dövlət Sərhəd Xidmətinin rəisinə məruzə olunub, onların sağlamlıqlarının bərpa olun­ması və qısa müddətdə xidmətə qaytarılmaları üçün bütün lazımi tədbirlərin görüldüyü bildi­rilib.

Şərhlər

Vətəndaş 2021-12-03 13:01:44

Qəada həlak olan pilotlar DSX-nin hərbi heyətinə daxil idilər? Əgər MN-ninhərbi heyətinəaid idilərsə onda onlar DSX=nin təlimlərində nə işləri vardı ki. 16-sı bir helikoptelə doldurularaa toplanıb? Bu sualı kim açacaq71de

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol