BƏƏ Əşrəf Qəninin siyasi fəaliyyətinə qadağa qoyub

Birləşmiş Ərəb Əmirlikləri Əfqanıstanın keçmiş Prezidenti Əşrəf Qəninin öz ərazisində siyasi fəaliyyətini məhdudlaşdırıb.

“Al Arabiya” xəbər verir ki, bunu İslam Əmirliyinin Mədəniyyət Komissiyasının üzvü Əhmədullah Vasik Twitter səhifəsində yazıb. Ə.Vasik bildirib ki, BƏƏ, keçmiş Prezident Əşrəf Qəni administrasiyasının Dubayda və digər şəhərlərdə yaşayan bütün məmurlarının siyasi fəaliyyətlərinə məhdudiyyətlər qoyub. Bu məhdudiyyətə Əşrəf Qəninin özü, Ata Məhəmməd Nur və Mohib daxildir.

İslam Əmirliyinin mətbuat katibinin müavini İnamullah Səmanqani məsələnin BƏƏ və İslam Əmirliyi hökumətləri arasında rəsmi şəkildə müzakirə edilmədiyini bildirib: “Mövcud vəziyyəti nəzərə alaraq, dünya ölkələri Əfqanıstana doğru necə hərəkət edəcəyini anlayıb və heç kimə öz ölkələrində siyasi fəaliyyət göstərməsinə icazə verməyəcək, lakin BƏƏ hələlik vəziyyətlə bağlı bizə rəsmi məlumat açıqlamayıb”. Keçmiş Əfqanıstan Prezidentinin qohumları və Əfqanıstanın “Camiat-e-İslami” qruplaşmasının parçalanmış fraksiyasının lideri Ata Məhəmməd Nurun yaxınları bu cür məhdudiyyətlərin tətbiq olunduğunu təkzib edib. Keçmiş Prezidentin qardaşı Haşmat Qəni bildirib ki, BƏƏ-nin orada yaşayan siyasətçilərə qarşı yürütdüyü siyasət o deməkdir ki, onlar heç kimə siyasi fəaliyyətlə məşğul olmağa imkan vermir: “Bu prosedurlar təkcə Prezident Əşrəf Qəniyə aid deyil. Bu prosedurlar Benazir Bhuttoya və Taylandın keçmiş baş nazirinə də tətbiq edilib”. Siyasi analitiklər hesab edir ki, BƏƏ-nin Qəni və komandasına məhdudiyyət qoyması əfqanların kütləvi korrupsiyada iştirakı ilə bağlıdır.

Xatırladaq ki, “Taliban” qüvvələri Kabilə yaxınlaşarkən, Ə.Qəni və onun yaxın köməkçiləri xaotik şəraitdə ölkədən qaçıb.

L.SƏMLA

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar