Menu

"Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər" - Ukrayna müdafiə naziri

03.12.2021, 14:35
"Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər" - Ukrayna müdafiə naziri

“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.

“Report” “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin gələn ilin yanvarın sonunda arta biləcəyi ehtimal olunur:

“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol