"İki ildir ki, öz mülkiyyətimi geri ala bilmirəm" - Nazirə MÜRACİƏT

Həsənov Əzim Asəf oğlu legitim.az saytına müraciət edərək DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqinin onun avtomobilini 2 ilə yaxındır ki, qanunsuz olaraq saxlamasından şikayətlənib. Vətəndaş çoxsaylı dövlət orqanlarına müraciət etməyinə baxmayaraq, avtomobilini geri ala bilmədiyindən KİV vasitəsi ilə nazir Vilayət Eyvazova müraciət edib.

Müraciətdə deyilir: “Bildirirəm ki, maddi ehtiyaclarım üçün “Land Rover Range Rover”  markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı minik avtomobilimi icarəyə vermişdim. “VİP CARS” MMC vasitəsi ilə Hüseynov Mətləb Nüsrəddin oğluna avtomobilimi icarəyə götürmüşdü. Həmin şəxsin özü ilə heç bir tanışlığım yox idi. Avtomobilimi icarəyə verməkdə məqsədim isə borclarımı və kreditlərimi ödəməkdən ibarət idi.

Lakin 2019-cu ilin aprel ayında Mətləb Hüseynov AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldı. Bundan sonra mənim avtomobilimin də qanunsuz saxlanılması başlandı. Müstəntiq Fəxri Babazadə 2 ilə yaxın müddətdir ki, həmin avtomobili mənə qaytarmaqdan qərəzli olaraq imtina edir. Buna görə də mən məcbur qalıb Nərimanov rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin 16.09.2021-ci il tarixli qərarı ilə şikayətim təmin olundu. Qərarda bildirilib ki,  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Babazadə Fəxri Baba oğlunun mülkiyyət hüququ əsasında Həsənov Əzim Asəf oğluna məxsus “Land Rover Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçiyə qaytarılmamasına dair hərəkəti qanunsuz hesab edilir. Həmçinin qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır.

Lakin bugünki günə qədər məhkəmənin qərarının icrası həyata keçirilmir. Bu qanunsuzluqla bağlı müraciət etmədiyim heç bir qurum qalmamışdır. Hər hansı bir cinayət əməli ilə əlaqəmin olmamasına baxmayaraq mən 2 ildir ki, öz mülkiyyətimi geri ala bilmirəm.Görünür həmin İdarəyə mülkiyyət hüququnun toxunulmaz olmasını xatırlatmaq lazımdır. Əks halda vətəndaşların mülkiyyət hüquqları bu formada kobudcasına pozulmağa davam edəcəkdir".

Şikayətçi onu da bildirir ki, Azərbaycan Respublikasının Məhkəməsinin  qüvvəyə minmiş qərarını icra edilməməsi birbaşa cinayət məsuliyyətinin tərkibini yaradır: "Belə ki, AR Cinayət Məcəlləsinin 306.2-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli hesab olunur.

Hörmətli cənab Nazir! Mənim hazırki müraciətim yalnızca öz mülkiyyətimi qorumaq və geri almaq məqsədi daşıyır. Hesab edirəm ki, mülkiyyət hüquqlarımı pozan bu qanunsuz hərəkətlər dayandırılacaq.

Sizdən xahiş edirəm Nərimanov rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 6(005)-108/2021 saylı qərarının icrasını təmin edərək AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz olaraq saxladığı “Land Rover Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı avtomobilimin mənə geri qaytarılmasını təmin edəsiniz.”

Müraciətdə qeyd olunanlarla bağlı qarşı tərəfində mövqeyini də dərc etməyə hazırıq.

635x100

Şərhlər

Tarix Nişanov 2021-12-03 18:43:39

Camaatın tarixi dəyərli mirasını adi bir işçinin təklifi ilə alıb, qaytarmırlar? ABŞ da iki əsr öncə buraxılmış milyonlarla 1 sentlikdən bir sikkəni milyonlarla (3,5 mln?) ABŞ dollarına alıb, muzeyə qoyublar.

Son yazılar