Menu

NATO-nun Mobil təlim qrupu Azərbaycana gəlib

03.12.2021, 16:18
NATO-nun Mobil təlim qrupu Azərbaycana gəlib

Müdafiə Nazirliyinin NATO ilə 2021-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında NATO-nun Brunssumda (Niderland Krallığı) yerləşən Birləşmiş Qüvvələr Komandanlığının Mobil təlim qrupu tərəfindən "Hərbi ictimai əlaqələr" mövzusunda təlim kursu keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Kursda dinləyicilərə NATO-nun media və ictimaiyyətlə birgə fəaliyyəti ilə bağlı müxtəlif sahələrdə brifinqlər təqdim olunub. Mövzuya dair fikir mübadiləsi aparılaraq praktiki qrup çalışmaları yerinə yetirilib.

Sonda dinləyicilərə sertifikatlar təqdim olunub.

Şərhlər

VİDADİyə 2021-12-03 18:30:44

Bizlərə yalnız atmaca qalır, nə edək? Hələki, hamısı bizləri çaldırırlar? NATO azı 28-30 il gecikib. Qərb də, O BİRiləri kimi aldadır.

vidadi 2021-12-03 16:59:25

urus cildracak

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol