Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ATƏT-in media azadlığı üzrə nümayəndəsi Teresa Ribeiro ilə görüşüb.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ceyhun Bayramov xanım Teresa Ribeiroya Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barəsində geniş məlumat verib.

Görüş zamanı, ATƏT-ə bütün üzv dövlətlər tərəfindən ATƏT Nizamnaməsi çərçivəsində öz öhdəliklərinin icrasının zəruriliyi barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəfə bölgədəki cari təhlükəsizlik vəziyyəti haqqında məlumat verən Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün atılmalı addımlar, ilk növbədə isə imzalanmış üçtərəfli bəyanatların tam icrası ilə bağlı məsələləri həmsöhbətinin diqqətinə çatdırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar