“Türkiyənin ən müasir tədris müəssisələrinin təcrübəsini Azərbaycana gətiririk” - Emin Əmrullayev

“Ali təhsil sahəsində yeni mərhələ olaraq Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlara başlanılıb. Bu universitet Türkiyə və Azərbaycanda təhsil sahəsində bir-iki illik layihə deyil, dayanıqlı təşəbbüs olacaq”. Oxu.Az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın iştirakı ilə keçirilən brifinqdə deyib.

O bildirib ki, qısa zaman ərzində bu layihənin çox uğurlu şəkildə həyata keçirilməsi təmin ediləcək: “Bu layihə qardaş ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. Universitetin qurulması öz-özlüyündə kifayət qədər mürəkkəb işdir. Sadəcə olaraq Erol bəy ilə fikir mübadiləsi apardıq. İlkin mərhələdə olduğumuz üçün detalların ictimailəşdirilməsi hələ tezdir. Düşünürük ki, yaxın zamanda universitetlə bağlı əsas məsələlər ictimailəşdiriləcək. Bu layihə həm Azərbaycanda, həm də Türkiyədə elm, təhqiqat və iqtisadi inkişaf sahəsində kifayət qədər uğurlara imza atacaq. Qısa olaraq biz artıq Türkiyənin ən aparıcı, müasir tədris müəssisələrinin təcrübəsini Azərbaycana gətirməkdən danışırıq”.

635x100

Şərhlər

Qulu 2021-12-03 19:42:17

Dünyanın ən yüksək tədris təcrübəsini də gətirsənin burda ən rəzil vəziyyətə salacaqsınız. Çünki təhsilimizdə ümumi şüur elə korlanıb ki, gərəkdir ki bütün təhsili süpürüb Xəzərə töküb yenidən sıfırdan başlamaq lazımdır..

Son yazılar