Bakıda gənc qızı intihara sövq edən 17 yaşlı şəxs həbs olunub

"Noyabrın 27-si saat 15 radələrində paytaxtın Yasamal rayon sakini 2003-cü il təvəllüdlü Fidan Nəftəliyevanın yaşadığı binanın 10-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə cinayət işi başlanmaqla istintaq olunur".

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aparılan istintaqla müəyyən edilib ki, 2004-cü il təvəllüdlü Kərim İbrahimov cari il noyabrın 21-də Fidan Nəftəliyevanın mobil telefonunu oğurlamaqla telefonda olan sonuncuya məxsus şəxsi həyatının sirri hesab olan məlumatları qanunsuz əldə edərək onun ləyaqətini mütəmadi olaraq alçaltmaqla özünü öldürmə həddinə çatdırıb.

Kərim İbrahimov Cinayət Məcəlləsinin 125, 156.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (oğurluq) və 242-ci maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Helime 2021-12-03 19:27:04

Belke, qeddaram, amma, 16 yashli qizin telefonunda ona aid ne ola biler ki, onun yayilmasi bu faciyeye getirib, chixartsin. Bizim vaxti, 16 yashinda qizlar kukla ile oynayardilar, bashqa sheylerden xeberimiz olmazdi. İndiki ushaqlar, konkret, qudurub.

Son yazılar