Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub

Gürcüstanın Acarıstan bölgəsinin Kobuleti qəsəbəsində bu gün qətlə yetirilən gəncin kimliyi məlum olub.

“Report”un yerli bürosu xəbər verir ki, həmin şəxs Bolnisi rayonunun 31 yaşlı sakini Yaşa İsmayılovdur.

İstintaqla müəyyən edilib ki, 22 yaşlı şəxs mübahisə zəminində tanışı Y.İsmayılova soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Həmin şəxs “isti izlər”lə saxlanılıb, bıçaq maddi sübut kimi müsadirə edilib.

Soydaşımız xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Onun mövsümi işlər üçün Acarıstana getdiyi bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində (DİN) faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq davam etdirilir. Törədilmiş cinayətə görə 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Qeyd edək ki, Gürcüstanın bəzi yerli KİV-i öldürülən gəncin Azərbaycan vətəndaşı olması barədə məlumatlar yaysa da, DİN bu informasiyanı təkzib edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar