2021-ci ilin 11 ayı ərzində Türkiyə 2 milyard 794 milyon dollar dəyərində müdafiə sənayesi malları ixrac edib.
"AzPolitika.info" xəbər verir ki, qeyd edilən dövr ərzində əvvəlki illərdə olduğu kimi, ilk sırada ABŞ durur. Bu il ərzində Türkiyə ABŞ-a 1 milyard 33 milyon dollarlıq müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da Türkiyənin bütün ixracının 37 faizini təşkil edir.
İkinci sırada isə Azərbaycan yer alır. Məlumata əsasən, bu ilin 11 ayı ərzində Türkiyədən Azərbaycana 192 milyon 126 min dollarlıq ixracat həyata keçirilib.
Üçüncü sırada isə 180 milyon 544 min dollar məbləğində ixracatla Qətər yer alır. BƏƏ, Almaniya, Ukrayna, Efiopiya da Türkiyənin hərbi məhsullar ixrac etdiyi ölkələr arasında ön sıradadır.
"AzPolitika.info"


Şərhlər