Menu

Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTOLAR

04.12.2021, 19:29
Əsgərimizin zərərsizləşdirdiyi erməninin hərbçi olduğunu sübut edən FOTOLAR

Ermənistan tərəfinin Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edən şəxslə bağlı növbəti saxta təbliğatı ifşa olunub.

Belə ki, dekabrın 3-ü saat 13:00 radələrində erməni əsilli şəxs hərbçimizə hücum edib. Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib. Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.

Lakin Ermənistan tərəfi sözügedən şəxsin mülki vətəndaş (çoban) olduğunu iddia edərək Azərbaycanı ittiham etmək üçün saxta təbliğata əl atıb.

Oxu.Az-ın əldə etdiyi fotolar isə Ermənistanın növbəti saxta təbliğatını ifşa edir.

Belə ki, fotoda hərbi qulluqçumuza hücum edən şəxsin hərbçi olduğu, Ermənistan ordusuna məxsus hərbi geyimdə olduğu əks olunub.

Şərhlər

Tahir 2021-12-05 10:51:04

Ermənilərin məqsədi hərbçilərimizin əsir götürərək bizdə olan erməni əsirlərlə dəyişmək olanıdır. Heç olmasa bir nəfər də olsa əsir götürməklə bizdən hamısını tələb edəcəklərmiş .. Ay sən öləsən dıga.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol