Menu

Türkiyə Prezidenti Qətərə getdi

05.12.2021, 20:46
Türkiyə Prezidenti Qətərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək. 

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.

Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli idarələrin rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli münasibətləri müzakirə edəcək, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol