Ermənilərin ABŞ-dakı “mənəvi atası” öldü - Sarkisyan ona “şərəf ordeni” vermişdi

ABŞ Senatının sabiq üzvü Bob(Robert) Doul 99 yaşında vəfat edib. 

“AzPolitika.info” xəbər verir ki, erməni mediası bu hadisəyə geniş yer verib və öz üzüntüsünü ifadə edib.

Belə ki, Bob Doul uzun illər boyu ABŞ Senatında erməni lobbisinin ən qatı tərəfdarı və ermənilərin maraqlarının ardıcıl təmsilçisi kimi tanınıb. Ermənilərə lobbiçilik edən bu respublikaçı siyasətçi Ermənistanla bağlı bir çox aktların, qanunların əsas təşəbbüskarı və müəllifi olub. 

27 il ABŞ Senatinin üzvü olmuş ermənipərəst siyasətçi “erməni soyqırımı”nın tanınması üçün ən aktiv təbliğat aparanlardan biri idi. Onu hətta “ermənilərin ədalət uğrunda mübarizəsinin çempionu” adlandırırdılar. 2019-cu ildə Ermənistan Prezidenti Armen Sarkisyan Doulu “şərəf ordeni” ilə təltif etmişdi.

Qeyd edək ki, 1996-cı ildə Respublikaçılar Partiyasından ABŞ Prezidenti postuna namizəd olmuş Doul həmin vaxt Bill Klintona məğlub olmuşdu. Xəbərdə o da bildirilir ki, onun bu cür “vaxtsız” ölümünün səbəbi ağ ciyər xərçəngi olub.

“AzPolitika.info”

635x100

Şərhlər

Kələntər 2021-12-06 13:33:29

Allah gorbagor eləsin !

Son yazılar