"ƏDV-ni geri al" kampaniyasında nələr dəyişəcək? - Milli Məclis təsdiqləyib, deputat açıqladı

Ötən cümə günü Milli Məclis "ƏDV-ni geri al" kampaniyasına gələn aydan tətbiq ediləcək dəyişiklikləri təsdiqləyib. "AzPolitika.info" xəbər verir ki, “Vergi Məcəlləs”inin 165-ci “Verginin sıfır (0) dərəcəsi ilə tutulması” maddəsinə bir sıra əlavələr edilib.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, yeniliklərə əsasən, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları alan zaman ödənilən ƏDV geri qaytarılmayacaq. Xatırladaq ki, əvvəllər yalnız bu istisna neft və qaz məhsullarına tətbiq olunurdu.

Millət vəkili əlavə edib ki, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsi gələn ildən etibarən geri qaytarılacaq: "Digər dəyişiklik yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlıdır. Belə ki, yeni dəyişkiliyə əsasən, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış, qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir".

Xatırladaq ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra gələn aydan qüvvəyə minəcək.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar