Menu

Ukrayna PUA istehsalı zavodunun tikintisini elan etdi

06.12.2021, 22:33
Ukrayna PUA istehsalı zavodunun tikintisini elan etdi

Ukrayna prezidenti Vladimir Zelenski ölkənin müasir hərbi pilotsuz təyyarələrin istehsalı üzrə zavodunun tikintisinə başladığını elan edib.

"Biz müasir hərbi pilotsuz təyyarələrin istehsalı üzrə zavodumuzun tikintisinə başlayırıq", - o, Xarkovda Ukrayna Silahlı Qüvvələrinin 30 illiyi münasibətilə çıxış edərkən deyib.

Sentyabrda Ukrayna Müdafiə Nazirliyi Türkiyənin təyyarə istehsalçısı "Baykar Makina" rəhbərliyi ilə danışıqlar apardığını elan edib. Danışıqlarda Ukrayna ərazisində pilotsuz sistemlərinin istehsalının mümkünlüyü məsələsi müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol