Menu

Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk test yaradılıb

06.12.2021, 23:05
Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk test yaradılıb

Sinqapurda “Omikron” ştammını aşkar edəcək ilk COVID testi hazırlanıb. PCR testi “Bio Acumen Global” əczaçılıq şirkəti tərəfindən yaradılıb

Test dəsti istifadə zamanı üç nəticədən birini verə bilər: COVID-19 üçün müsbət və “Omikron” üçün müsbət, COVID-19 üçün müsbət və “Omikron” üçün mənfi və ya COVID-19 üçün mənfi və “Omikron” üçün mənfi.

Qeyd edək ki, yeni test quru dondurulmuş şəkildə satılır. Bir paketdə 40 fərdi test dəsti var. Onlar otaq temperaturunda bir ilə qədər saxlanıla bilər.

Mənbə: RİA Novosti

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol