Menu

ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

07.12.2021, 00:51
ABŞ dövlət katibi Ukrayna prezidenti ilə danışıb

ABŞ dövlət katibi Entoni Blinken Rusiya-ABŞ virtual sammiti ərəfəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb. "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Dövlət Departamentinin sözçüsü Ned Prays deyib: “Mən brifinqə gedəndə dövlət katibi prezident Zelenski ilə əlaqə saxlayıb”.

Xatırladaq ki, dekabrın 7-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Bayden arasında videokonfrans formatında danışıqlar baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol